Firefox Səyyahı

İnternetinizə nəzarəti ələ alın

Daha az diqqət yayındırıcı amil, səs-küy və stresslə internetə daxil olun. Bizi təmiz hava nəfəsi kimi düşünün.

Firefox Endir

Firefox artıq Windows 8.1 və daha aşağı versiyalarda dəstəklənmir.

Firefox işlətmək üçün lütfən Firefox ESR (Uzadılmış Dəstək Buraxılışını) endirin.

Firefox artıq macOS 10.14 və daha aşağı versiyalarda dəstəklənmir.

Firefox işlətmək üçün lütfən Firefox ESR (Uzadılmış Dəstək Buraxılışını) endirin.

Firefox Məxfilik Bildirişi
Masaüstü və mobildə Firefox.

Ən son Firefox özəllikləri

  • Xoş keçid açarı.

    Səs-küyü azaldın

    Fərdiləşdirilə bilən tənzimləmələr və çoxlu endirilə bilən uzantılarla reklamları əngəlləyin və məxfiliyinizi artırın.

  • Çoxsaylı kursorlar.

    Eyni vaxtda bir neçə işlə məşğulsunuz?

    Oxu rejiminə keçin, videoları pəncərədən çıxarın və şaquli vərəqlər və vərəq qrupları ilə daha nizamlı olun.

  • Çoxlu açıq vərəqlər.

    Bütün vərəqlərinizi nəzarətdə saxlayın

    Təkrar vərəqləri qapadın, axtarış edin və açıq vərəqləri sabitləyin — açdığınız sonsuz sayda vərəq üçün demək olar ki, sonsuz imkanlar var.

Buraxılış Qeydlərinə Baxın

İşinizi asanlıqla görməyinizə kömək edən səyyahı əldə edin

Əlinizi belə tərpətmədən reklam izləyicilərini əngəlləyin

Reklam izləyiciləri veb-səhifələrin daha yavaş yüklənməsinə səbəb olur. Firefox ilə bunu düzəltmək üçün tənzimləmələri axtarmağa ehtiyac qalmayacaq, çünki biz əksər izləyiciləri avtomatik əngəlləyirik.

Səyyah vərəqini qoruyan qalxan və əl.

Diqqət yayındırıcı amillərdən uzaq durun

Tomato Clock və Turn Off the Lights kimi uzantılarla diqqətinizi cəmləyin — onlar Tövsiyə olunur, bu da müstəsna təhlükəsizlik və funksionallığa görə qızıl ulduzumuz kimidir.

Dünya ilə əlaqəli insan beyni.

Sizin məlumatlarınız bütün ekranlarınızda

Firefox mobil versiyasını əldə edin ki, parollarınız, vərəqləriniz və tarixçəniz — həmçinin arxayın olduğunuz məxfilik və təhlükəsizlik — hara getsəniz sizinlə olsun.

Masaüstü, noutbuk və telefon.

Daxili məxfilik

Şəxsi məlumatlarınız satılmır. İzləyicilər və 3-cü tərəf çərəzləri ilkin vəziyyətdə əngəllənir, beləliklə siz sadəcə … internetdə səyahət edə bilərsiniz.

Firefox-un məlumatlarınızı necə qoruduğunu öyrənin
Qıfıl və qalxan nişanları olan səyyah pəncərəsi.

*Həqiqətən* özünüzünküləşdirin

Qaranlıq rejimdə Firefox.
  • Daha ağıllı işləyin, daha xoş əylənin

    Tədqiqat, alış-veriş və daha çoxu üçün uzantılardakı imkanları kəşf edin.

  • Sıxıcı səyyaha əlvida deyin

    Doğru əlavə mövzusu ilə internet daha parlaq bir məkana çevrilə bilər.

Masaüstündə Firefox.

20+ ildir milyardersizdir

Firefox 2004-cü ildə Mozilla tərəfindən Internet Explorer kimi səyyahlara daha sürətli, daha məxfi və fərdiləşdirilə bilən alternativ olaraq yaradılmışdır. Bu gün biz hələ də qeyri-kommersiya təşkilatıyıq, hələ də heç bir milyarderə məxsus deyilik və interneti — və orada keçirdiyiniz vaxtı — daha yaxşı etmək üçün işimizi davam etdiririk.

Firefox Endir

Firefox artıq Windows 8.1 və daha aşağı versiyalarda dəstəklənmir.

Firefox işlətmək üçün lütfən Firefox ESR (Uzadılmış Dəstək Buraxılışını) endirin.

Firefox artıq macOS 10.14 və daha aşağı versiyalarda dəstəklənmir.

Firefox işlətmək üçün lütfən Firefox ESR (Uzadılmış Dəstək Buraxılışını) endirin.

Firefox Məxfilik Bildirişi
Suallarınız var? Mozilla dəstəyi sizə kömək edəcək.